Qış transfer pəncərəsində ən ciddi sıxıntı yaşayan klub "Səbail"di.

Rekord.az xəbər verir ki, artıq 5 futbolçu klubu tərk etsə də yeni gələn yoxdur.

Komanda qış fasiləsinə yollanar-yollanmaz Arsen Ağcabəyov ("Sabah", icarəsi başa çatıb), Murad Qayalı, Əli Sadıxov, Orxan Qurbanlı və Yevgeni Koçuk komandadan ayırıldı. Əldə etdiyimiz məlumata görə, gedənlərin çoxluğu, gələnlərin isə yoxluğu birbaşa maliyyə ilə bağlıdır. Ümumiyyətlə, rəhbərlik maddi yükü azaltmaq üçün ehtiyat oyunçular skamyasını qısaltmağa qərar verib. Yəni mütəmaddi oynamaq şansı qazanmayan, həmçinin də daha çox əmək haqqı alan futbolçularla yollar ayrılacaq. Komanda qış fasiləsindən sonrakı dönəmdə iştirak ərizəsinə 16-18 futbolçudan artıq daxil etməyi düşünmür.