«Səbail»in «Neftçi»yə 0:4 hesabıyla məğlub olmasının səbəblərindən biri məlum olub.

Rekord.az xəbər verir ki, Bayıl təmsilçisinin rəhbərliyi matçdan əvvəl futbolçulara yalan dnışıb.

Artıq 3 aya yaxındır maaş almayan kollektiv bütöv əməkhaqqısını gözləsə də, onlara yalnız bir aylıq məvacibin bir hissəsi verilib. Bu isə futbolçuların oyuna "sınmış" vəziyyətdə çıxmasına səbəb olub. (sportinfo.az)