“Səbail” qış transfer pəncərəsi dövründə yeni transferlər etmək istəsə də hələlik buna nail ola bilmir.

Rekord.az-a daxil olan məlumata görə, Bayıl təmsilçisi bayramdan sonra iki əcnəbi futbolçu ilə danışıq aparsa da heç biri ilə anlaşa bilməyib.

Səbəb isə klubun futbolçuların istədiyi maaşı verə bilməməsidir. İş ondadır ki, istənilən məbləğ də elə yüksəlk olmayıb, hardasa 7-8 min. Lakin “Səbail”in buna da imkanı yoxdur və ona görə daha ucuz legioner axtarışına çıxıblar.