İl sona yaxınlaşsa da “Səbail” hələ də futbolçularına olan borcunu bağlamayıb.

Rekord.az-a daxil olan məlumata görə, futbolçular hələ də oktyabr və noyabr aylarının maaşlarını almayıblar.

Lakin rəhbərlik söz verib ki, ilin sonuna kimi hər iki ayın maaşları veriləcək. Dekabrın maaşı isə yanvara qalacaq.