"Səbail" Əmirquliyevi heyətinə qatdı
- 16:20
- 20
Azərbaycanın 1-ci Liqa təmsilçisi "Səbail" Rail Əmirquliyevi heyətinə qatıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 ildir.
2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən paytaxt təmsilçisinin yeni oyunçusu son olaraq "Şahdağ Qusar"da çıxış edib.