“Səbail” Boluda son yoxlama oyununu qələbə ilə başa vurdu
- 21:09
- 35
Hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” qonşu ölkədə son yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi “Mağusa” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma “Səbail”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Aldo Josue Gomes Soares (Dinho) dubla imza atıb.
Bununla da “Səbail”in Türkiyədəki təlim-məşq toplanışı başa çatıb.