Dmitriy Topalov karyerasını Azərbaycanda davam etdirə bilər.

Rekord.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi "Neftçi" və "Sabah"a təklif olunub.

Futbolçu "Şaxtyor"da əsas heyətə düşə bilmir. Bu səbəbdən də Ukrayna klubundan ayrılmaq istəyir. 24 yaşlı yarımmüdafiəçinin meneceri əvvəlcə "Sabah", bu gün səhər radələrində isə "Neftçi"yə təklif edib.

Mənbənin məlumatına görə, flaqmanın məşqçi heyəti Topalovu haqda götür-qoy edir. Laurentsiu Regekampf onu bəyənəcəyi halda, klub rəsmiləri futbolçunun meneceri ilə danışıqlara başlayacaq. ("Futbol plus")