
Sautqeyt komandasını penaltilərə hazırlayıb
- 10 Dek 2022 20:30
- 442
Bu gün dünya çempionatının 1/4 final mərhələsində Fransa millisi ilə üz-üzə gələcək İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Sky Sports-a maraqlı açıqlama verib.
Rekord.az xəbər verir ki, o, oyunun 90 dəqiqədən uzun sürəcəyini də ehtimal edib.
Bu mənada penalti seriyasına hazırlaşdıqlarını da etiraf edib: "Ağır oyun olacaq. Buna görə xüsusi planımız var. Oyun penalti seriyasına da gedə bilər və daha öncəki mundiallarda bizim belə praktikanız var. Ona görə penaltilərə də xüsusi hazırlaşmışıq".