
“Şanslardan istifadə edə bilmədik” – Saşa İliç
- 21 Sen 2025 22:52
- 38
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 5-ci turu çərçivəsində doğma meydanda “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Bu gün maraqlı oyun keçdi. Yaratdığımız şanslardan istifadə edə bilmədik. Çox yersiz qol buraxdıq. Bu, futboldur, belə şeylər olur. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.