
Samir Məhərrəmliyə 3 oyunluq cəza
- 16:00
- 32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci liqanın 2-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şahdağ Qusar” – “Baku Sportinq” oyununda “Baku Sportinq”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 210 manat cərimə edilib.
“Difai” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 210 manat cərimə edilib.
“Şimal” – MOİK oyununun 90+4-cü dəqiqəsində MOİK-in futbolçusu Samir Məhərrəmli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, MOİK komandası 900 manat cərimə edilib.