Bir neçə il öncə yaradılan «Sportinq Baku» inkişaf etmək yolunda növbəti addımını atıb.

Rekord.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən klubun nəzdində böyüklərdən ibarət komanda yaradılıb.

Onn başına Samir Ələkbərov gətirilib. Ötənlərin tanınmış hücumçusunun ixtiyarına verilən kollektivin əsasını gənclər təşkil edəcək.

«Sportinq Baku» növbəti mövsümdən etibarən, Region Liqasında mübarizə aparacaq. (sportinfo.az)