
Samir Abasov Tovuz səfəri öncəsi süni örtükdə məşqdən niyə imtina edib?
- 01 Noy 2022 12:00
- 533
Son turda Tovuzda "Turan Tovuz"a da uduzan "Sumqayıt" sonuncu pilləyə düşdü. Hiss olunurdu ki, futbolçular süni örtükdə heç cürə öz oyunlarını tapa bilmirdilər. Halbuki, bu komandanın bazasında təbii örtüklə yanaşı, süni örtüklü meydança da var və "Turan Tovuz"la oyununun son məşqlərini məhz süni örtükdə keçmək olardı.
Lakin Rekord.az xəbər verir ki, baş məşqçi Samir Abasov özü süni örtükdə məşqdən imtina edib.
Səbəb isə futbolçuları vacib səfər öncəsi zədədən qorumaq olub. Çünki "Kapital Bank Arena"nın süni örtüklü meydançası da yaxşı vəziyyətdə deyil və orada məşq etmək də futbolçular üçün çox risklidir. Məhz bu bu səbəbdən Abasov da heyəti qorumaq üçün riskə getmək istəməyib.