
Samir Abasov Riad Rəfiyevi çətin duruma salıb
- 27 Okt 2022 14:00
- 669
Cari mövsüm bərbad çıxış edən "Sumqayıt" evdə "Zirə"yə də uduzunca, sonuncu pilləyə düşdü.
Rekord.az xəbər verir ki, Baqanı əvəzləyən Samir Abasov da hələ ki, komandanı çətin durumdan çıxarda bilmir.
Yayda transfer olunan legionerlərin heç nəyə yaramaması Abasovu çıxılmaz duruma salıb. Əldə etdiyimiz məlumata görə, 44 yaşlı məşqçi qışda legionerlərin 80 faizinin göndərilməsini istəyir. Yəni rəhbərliyə bildirib ki, bu heyətlə, bu legionerlərlə hansısa nəticə qazanmaq mümkün deyil. Abasovun tələbi isə klub prezidenti Riad Rəfiyevi çətin duruma salıb. Çünki legionerlərin əksəriyyətinin klubla 2-3 illik müqaviləsi var və onların göndərsən hər birinin ayrıca təzminatını vermək lazımdır. Bu qədər futbolçuya təzminat ödəmək və üstəlik, onların yerinə yeni legionerlər almaq üçün isə yetəri qədər vəsait yoxdur.