"Sumqayıt" - "Neftçi" matçında gərginlik baş verib. Belə ki, görüşün 82-ci dəqiqəsində Vüsal İsgəndərlinin yerə yıxılıb vaxt uzatdığını iddia edən "ağ-qaralar"ın baş məşqçisi Regekampflla Samir Abbasov arasında əvvəlcə söz atışması baş versə də, daha sonradan vəziyyət qəlizləşib. Görüşün baş hakimi Cavid Cəlilov tərəfləri sakitləşdirə bilib və "kimyaçılar"ın baş məşqçisinə qırmızı vərəqə göstərib.

 

Fuad Nəbiyev