
Samir Abasov 12 min manat maaş alan futbolçunu əvəzedici komandaya göndərdi
- 11 Fev 2022 12:00
- 1133
Mirabdulla Abbasov “Neftçi” rəhbərliyinin qəzəbinə düçar olub. Onun “Sabah”la kubok, “Qarabağ”la çempionat matçında görünməməsinin səbəbi var. Hücumçunun adının hətta matçın protokoluna da daxil edilməməsi əsas komandadan qovulmasıyla bağlıdı.
Heç cür özünü göstərə bilməyən Mirabdulla əvəzedici komandaya göndərilib. O, maaşının azaldılmasına razı olmayıb, üstəlik, “Səbail”, “Sumqayıt” və “Keşlə”yə keçmək variantlarından imtina edib. Belədə klub rəhbərliyi onu divizionda yarışan komandanın düşərgəsinə yollayıb.
Klub rəhbərliyinin futbolçuyla davranışı xoş deyil. Amma Abbasov da müqaviləsinə arxalanıb papağını günə verməməlidi. “Neftçi”yə heç bir fayda vermədən aylıq 12 min manat alan futbolçu özü nəticə çıxarmayınca əvəzedici komandaya göndərilmək kiçik cəza sayılmalıdı. (futbolinfo.az)