
"Şamaxı"nın baş məşqçisi ad açıqlamdı, amma nişan verdi
- 14 Dek 2022 10:00
- 518
"Şamaxı" qış transfer dönəmində heç bir futbolçunu icarəyə götürməyəcək. Buna səbəb klubun icarə limitinin dolmasıdır.
Rekord.az-a açıqlama verən komandanın baş məşqçisi Vüqar Əsgərov əvəzində yeni, gənc futbolçular transfer olunacaöını bildirdi.
Ad açıqlamadı, amma müəyyən nişan verdi: "Danışıq apardığımız futbolçular var, amma ad açıqlamaq istəmirəm. Danışıqlar tam bitsin, razılıq əldə olunsun, açıqlanacaq. Yalnız deyə bilərəm ki, həmin futbolçular gəncdir, öz klublarında çox oynamaq şansı qazanmırlar. Həmin futbolçularla müqavilə bağlayıb imkanlarından istifadı etmək istəyirik".