
“Şamaxı”dan ayrılan istedadlı futbolçu Türkiyəyə əməliyyata gedir: öz hesabına
- 03 Noy 2022 13:00
- 455
“Şamaxı” ilə vidalaşan Pərviz Azadov yaxın günlərdə Türkiyəyə yollanacaq.
Rekord.az xəbər verir ki, belindən aldığı zədə üzündən yaşıl sahələrdən uzaq düşən və əyalət təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən yarımmüdafiəçi qardaş ölkədə əməliyyat olunacaq.
Cərrahi müdaxilə üçün gərəkən vəsaiti o özü ödəyəcək.
Ötən mövsüm Premyer Liqada ulduzu parlayan gənc oyunçu təxminən 1 aydan sonra məşqlərə başlaya biləcək. (sportinfo.az)