
Şamaxıda yeni güləş zalı açıldı
- 12 İyn 2025 11:22
- 52
Azərbaycan Güləş Federasiyasının (AGF) dəstəyi ilə Şamaxı şəhərində müasir tələblərə cavab verən yeni güləş zalı istifadəyə verilib.
Rekord.az xəbər verir ki, açılış mərasimində AGF-nin baş katibi Nəsimi Musayev, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Əfəndiyev və digər şəxslər iştirak ediblər.
Zal Şamaxı şəhər stadionunun nəzdində fəaliyyət göstərir. Aşıq Məmmədağa küçəsində yerləşən güləş mərkəzində uşaq, yeniyetmə və gənclər üçün sərbəst güləş üzrə ödənişsiz məşqlər təşkil olunur. Müasir avadanlıqlarla təchiz olunan zal həm də AGF-nin regional hazırlıq mərkəzlərindən biri kimi fəaliyyət göstərəcək.