
Şamaxıda sərbəst güləş üzrə ustad dərsləri
- 03 İyn 2025 10:00
- 79
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şamaxı şəhər stadionunun güləş zalında "İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə İdman ustası Elşən Eminovun rəhbərliyi altında sərbəst güləş idman növü üzrə ustad dərsi keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmələrin güləşə olan marağını artırmaq, müəyyən fəndlərin icra edilməsini göstərmək,perspektivli idmançılar yetişdirməkdir.