Son iki turda ard-arda "Qəbələ" və "Səbail"dən xal alaraq sonuncu pillədən çıxan "Şamaxı"da üzlərin güldüyünü demək olar.

Rekord.az xəbər verir ki, maaş məsələsində hələ də sıxıntı var.

Lakin saytımıza daxil olan məlumata görə, rəhbərlik son turlardakı heç-heçələrə və son pillədən qurtuluşa görə, futbolçulara mükafat verib. Məbləğ isə adam başına 500 manatla, 800 manat aralığında dəyişir.