"Şamaxı"da maaş və mükafat problemi
- 07 Yan 2023 12:00
- 525
"Şamaxı" klubundan saytımıza heç də xoş olmayan məlumat daxil olub.
Rekord.az-a kluba yaxın mənbədən ötürülən məlumata görə, futbolçular dekabr ayının maaşını hələ də almayıb.
Halbuki, onlara bayrama qədər bu pulun ödəniləcəyi deyilmişdi. Lakin rəhbərlik vədinə əməl etməyib. Daha sonra maaşların yanvarın 5-də hesaba köçürüləcəyi bildirilsə də, bu vədə də əməl olunmayıb. Rəhbərlik bu dəfə yanvarın 10-a kimi dekabrın maaşının ödəniləcəyini bildirib. Şamaxıdakı mənbənin məlumatlına görə, futbolçular o cümlədən son qələbəyə və "Zirə" ilə ev heç-heçəsinə görə vəd olunan mükafatı da hələlik ala bilməyib.