"Şamaxı" Futbol Klubunda ayrılıq baş tutub.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Samir Qurbanovla qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Klub Qurbanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.