"Şamaxı" qışda heyətini daha da gücləndirəcək.

Rekord.az xəbər verir ki, rəhbərliyin qərarı ilə "şirlər" ancaq yerli futbolçu axtarışındadı. "Münəccimlər" artıq ilk razılığını əldə edib. "Sabah"ın daha bir futbolçusu "Şamaxı"da çıxış edəcək. Söhbət Abdulax Xaybulayevdən gedir.

"Bayquşlar" yarımmüdafiəçini mövsümün sonuna kimi "şirlər"ə icarəyə göndərəcək.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət millinin üzvü cari futbol ilində "Sabah"da cəmi 4 oyunda meydana çıxıb. O, bu görüşlərdə fərqlənə bilməyib. ("Futbol plus")