"Şamaxı" "Qarabağ"ın gənc istedadını icarəyə götürmək istəyir
- 05 Yan 2026 13:00
- 198
"Qarabağ"ın gənc futbolçusu Hikmət Cəvrayılzadə qışdan sonra "Şamaxı"da forma geyinə bilər.
Rekord.az xəbər verir ki, "Şamaxı"nın və milli komandanın baş məşqçisi Ayxan Abbasov bu futbolçunu komandasında görmək istəyir.
Onsuz da "Qarabağ"da elə də çox oynamaq şansı qazanmır. Amma "Şamaxı"ya gəlməklə həm daha çox oynamaq şansı qazanacaq, həm də milliyə düşmək şansı artacaq. Lakin istənilən halda, Hikmətlə bağlı son qərarı Qurban Qurbanov verəcək.