"Şamaxı" "Neftçi"də oynamaq şansı qazanmayan Ağadadaş Salyanskini icarəyə götürmək istəyir.

Rekord.az xəbər verir ki, şəxsən baş məşqçi Ayxan Abbasov bunu istəyir.

Futbolçuya təklif olunub ki, "Neftçi"də ehtiyatda qalınca, gəlsin "Şamaxı"da oynasın. Lakin ortada iki məqam var. Birincisi, Yuri Vernidub Ağadadaş və digər gənc futbolçularla bağlı mövqeyini açıqlamalıdır. Bundan başqa, Ağadadaş özü də "Şamaxı"da oynamaqda maraqlı olmalıdır. Çünki orda verilən maaş "Neftçi"dən çox aşağıdır.