Yay aylarında işıqlandırma sistemi olmayan stadionlarda oyun keçirməyin çətinlikləri haqda dəfələrlə yazılıb, deyilib. Çünki hava həddən artıq isti olur və futbolçular oynamaqda çətinlik çəkir. Klubların maddi durumu isə işıqlandırma sistemi quraşdırmağa imkan vermir.

Rekord.az xəbər verir ki, söhbət konkret olaraq Şamaxı, Gəncə və Tovuz stadionlarından gedir və növbəti mövsüm üçün bu məsələdən çıxış yolları axtarılır.

Ən uyğun variantlardan biri yay aylarına təsadüf edən və hərarət hədisz yüksək olan günlərə təsadüf edən bütün oyunların axşam saatlarına təyin edilməsidir. Əgər "Şamaxı", "Kəpəz" və "Turan Tovuz"un həmin günlərə ev oyunları təsadüf etsə, bu komandalara işıqlandırma sistemi olan stadionlarda rəqiblərini qəbul etmək təklif olunacaq. Bütün bu ehtimallar növbəti mövsüm üçün nəzərdə tutulub.