
"Şamaxı" daha bir yaş qrupunu Şamaxıya köçürmək istəyir
- 19 Dek 2022 10:00
- 465
Xəbər verdiyimiz kimi, "Şamaxı"nın futbol akademiyası hazırda iki yerə bölünüb.
Rekord.az xəbər verir ki, U-9-U-13-ə qədər komandalar Şamaxıda məskunlaşıb və onlara Vəli Qasımov nəzarət edir.
U-14-dən əvəzedici komandaya qədər isə Bakıda məskunlaşıb və Ramiz Məmmədov nəzarət edir. Əldə etdiyimiz məlumata görə, növbəti mövsümdən rəhbərlik U-14 komandasını da Şamaxıya köçürməyi düşünür.