
"Şamaxı" daha bir futbolçu ilə bağlı danışıqlar aparacaq
- 11 Dek 2022 11:00
- 703
Xəbər verdiyimiz kimi, "Şamaxı" hazırkı heyəti qorumaq üçün əməli fəaliyyətə keçib.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi ilk növbədə icarə əsasında klubda çıxış edən futbolçularn saxlanılmasına çalışır.
Belə futbolçulardan biri də müqavilə ilə "Sabah"a məxsus olan Kamran Quliyevdir. Şamaxı təmsilçisi qışdan sonra bu futbolçu ilə bağlı "Sabah" rəhbərliyi ilə danışıqlar aparacaq. Əldə etdiyimiz məlumata görə, şamaxılılar Kamranı birdəfəlik transfer etmək istəyir. Təbii ki, maddi durum buna imkan verməyə bilər. Lakin ümid onadır ki, Kamrana ehtiyac duymayan "Sabah" onu ya havayı, ya da cüzi məbləğ qarşılığında bölgə təmsilçisinə buraxsın.