
“Şamaxı” da Antalyaya yola düşdü
- 08 Yan 2023 20:00
- 438
“Şamaxı” qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.
Rekord.az xəbər verir ki, 11 gün "Kamelya Selin" otelində məskunlaşacaq komanda bu müddətdə 3 yoxlama oyunu keçirəcək.
11 yanvarda Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" toplanışın son matçında yanvarın 18-də Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək.