"Şamaxı" rəhbərliyi Şamaxı stadionunda işıqlandırma sistemi qurmaq istəyir.

Rekord.az xəbər verir ki, bununla bağlı bir müddət əvvəl klubdaxili müzakirələr də aparılıb.

Lakin ən ucuz işıqlandırma sistemi belə, klubun büdcəsi ilə tərs mütənasib gəlib. Büdcə artımı ilə bağlı da hər hansı məsələ gündəmdə olmadığı üçün klub rəhbərliyi bu məsələni gündəndən çıxardıb.