Cari mövsümü büdcəsinə və heyətinə görə heç də pis çıxış etməyən "Şamaxı" indidən növbəti mövsümün də planlarını cızır.

Rekord.az xəbər verir ki, ilk növbədə hazırlı heyətin aparıcı futbolçularının komandada saxlanılması üzərində iş gedir.

Bunlardan biri də müdafiəçi Cəlal Hüseynovdur. Bu futbolçu müqavilə ilə "Zirə"yə məxsusudur və "Şamaxı"da icarə əsasında çıxış edir. "Şamaxı"nın məşqçilər korpusu Cəlalın növbəti mövsümdə də komandada forma geyinməsini istəyir. Bu səbəbdən də "Zirə" ilə sözügedən məsələ ilə bağlı danışıqlar aparılacaq.