"Şamaxı" klubu qış təlim-məşq toplanışı zamanı Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə yoxlama oyunu keçirəcək.


Bu barədə Rekord.az-a bölgə təmsilçisindən məlumat verilib.


Komanda hazırlıq prosesində iki matça çıxacaq.


Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv yanvarın 11-də "Bank Respublika Arena"da "Sabah"la, yanvarın 17-də "Liv Bona Dea Arena"da U-21 yığması ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 16:00-da start götürəcək.