"Şamaxı" Amili riskə atmayacaq
- 17 Dek 2022 12:00
- 555
Xəbər verdiyimiz kimi, zədəsini sağaldan Amil Yunanov "Şamaxı"nın məşqlərinə qoşulub.
Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, məşqçilər korpusu bu il ona şans vermək istəmir.
Yəni futbolçu ilin son matçında "Neftçi"yə qarşı oyunun sifariş ərizəsinə salınmayacaq. Məşqçilər onun xidmətindən yalnız qışdan sonra, tam bərpa prosesi keçib formaya düşəndən sonra istifadə etməyi düşünür.