
Salah yeni mövsümə rekordla başladı
- 15 Avq 2021 17:41
- 534
“Liverpul” İngiltərə Premyer Liqasında yeni mövsümün ilk turunda “Norviç”i məğlub edib.
Rekord.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüşdə mersisaydlıların bir qolunu vuran Məhəmməd Salah Premyer Liqanın tarixinə düşüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Belə ki, misirli hücumçu, İngiltərə Premyer Liqası tarixində ardıcıl 5 mövsümdə ilk turda fərqlənməyi bacarıb. Bu, turnir üçün rekord göstəricidir.