
Şakiri "Lion"dan ayrıldı
- 05 Fev 2022 12:45
- 514
"Lion"un hücumçusu Xerdan Şakiri tezliklə komandanı tərk etmək istəyir.
Rekord.az "L'Equipe"ə istinadən xəbər verir ki, isveçrəli futbolçu meydana az çıxmasından narazıdır.
30 yaşlı futbolçu DÇ-2022 ərəfəsində daha çox oyun keçirmək istəyir.
Qeyd edək ki, Fransa klubu ilə 2024-cü ilin yayınadək müqaviləsi olan Şakiri bu mövsüm 16 oyuna 3 qol vurub, 1 qol ötürməsi edib. Onunla MLS klubları maraqlanır.