“Şahdağ”ın fəaliyyətini dayandıracağına dair söhbətlər yayılsa da bu, reallığı əks etdirmir.

Qusardakı mənbədən Rekord.az-a ötürülən məlumata görə, sadəcə, heyətdə köklü dəyişikliklər olacaq.

Baş məşqçi Kamran Əlibabayev postunda qalacaq və yeni mövsüm üçün yeni heyət formalaşdıracaq. Düzdür, maddi baxımdan vəziyyət hələ ki, ürəkaçan deyil. Amma komanda istənilən halda yaşayacaq və ən pis halda növbəti mövsüm “Region Liqası”nda çıxış edəcək.