Ötən mövsümün yekunlarına görə I Liqanı tərk edərək II Liqaya düşən "Qaradağ Lökbatan" yenidən geri dönməyə iddialıdır.

Rekord.az xəbər verir ki, ilk turda "Quba"ya uduzan Lökbatan təmsilçisi sonrakı 3 oyunu qələbə ilə başa vuraraq 2-ci pilləyə yüksəlib.

Bu turda lider "Xankəndi"ni qəbul edəcək Qəzənfər Abbasovun komandası qələbə təqdirində liderliyə yüksələcək.

Əldə etdiyimiz məlumata görə, komandanın tabe olduğu "Neftçi" İdman Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqov "Qaradağ Lökbatan" üçün bütün şəraiti yaradıb. Maaş və mükafatlar vaxtlı-vaxtında verilir. komanda rayon oyunlarına bir gün öncədən gedir. Komandanın qarşısına qoyulan əsas hədəf isə yenidən I Diviziona qayıtmaqdı.