"Neftçi"nin keçmiş legioneri Vangelis Platellas Yunanıstan mətbuatına danışıb.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"oa qarşılaşacaq Bakı klubunun açıq futbol oynamağı sevdiyini bildirib:

"Müdafiəyəmeyyli komanda deyil. Onların ambisiyaları var və Çempionlar Liqasında qrupa düşməyə can atırlar. Aqressiv oynamağı xoşlaya bilərlər. Amma bu, "Olimpiakos"un təcrübəli oyunçuları tərəfindən ən yaxşı şəkildə zərərsizləşdirilə bilər. "Neftçi" müdafiədə ləng oynayan komandadır. Bundan istifadə etmək olar".