
Sabiq “Barselona”lı “Real” üçün mahnı oxudu VİDEO
- 02 Noy 2022 15:30
- 390
Bu yaxınlarda Libertadores kubokunu qazanan “Flamenqo”nun yarımmüdafiəçisi Arturo Vidal “Real”a mahnı həsr edib. Madrid təmsilçisi klublararası dünya çempionatında onlara rəqib ola bilər.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı çilili futbolçu potensial rəqiblərinə zərbə vuracaqlarına söz verib.
Vidal 2018-2020-ci illərdə “Real”ın əsas rəqibi “Barselona”da çıxış edib. Daha sonra o, “İnter”ə keçib və 2022-ci ilin yayından “Flamenqo”da çıxış edir.
Klublararası dünya çempionatı 2023-cü ilin fevralında keçiriləcək. “Real” 4 dəfə kuboku qazanıb, “Flamenqo” isə 2019-cu ilin finalında “Liverpul”a uduzub (0:1)