“Sabah”ın qış fasiləsində keçəcəyi hazırlıq planı məlum olub.

Rekord.az xəbər verir ki, komanda təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı 2023-cü il yanvarın 7-də start götürəcək. Premyer Liqa iştirakçısı hazırlıq dönəmində yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” komandaları ilə yoxlama görüşlərinə çıxacaq.

“Sabah” yanvarın 19-da Bakıya qayıdacaq.