“Sabah”ın futbolçusuna 4 oyunluq cəza
- 20 Dek 2022 15:30
- 412
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Sabah” oyununda “Sabah”ın oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub, 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb, klubu 3200 manat cərimə edilib.
“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.