“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Sabah”dan Arsen Ağcabəyovu icarəyə götürüb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə 2020/2021 mövsümünün sonunadək icarə müqaviləsi imzalanıb!

Qeyd edək ki, Ağcabəyov həm də Azərbaycanın U-21 yığmasının üzvüdür.