Əvəzedicilər Liqasında 5-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Şamaxı-2” “Kəpəz-2” ilə oyundan qalib ayrılıbsa, “Sabah-2” də “Qəbələ-2” ilə görüşdə darmadağına sevinib.

Əvəzedicilər Liqası
5-ci tur

21 sentyabr

“Şamaxı-2” – “Kəpəz-2” 1:0
Qol: Nihat Mehralıyev, 44.

“Sabah-2” – “Qəbələ-2” 3:0
Qollar: Həbib Hüşənov, 23-öz qapısına. Şahin İbrahimov, 71. Ramil Nuraxmedov, 82.

Turun digər oyunları:
“Turan Tovuz-2” – “Neftçi-2” 0:2
“Araz-Naxçıvan-2” – “Qarabağ-2” 3:3
“Sumqayıt-2” – “Zirə-2” 0:3