
"Sabah"ın avtobusu yeni dizaynda
- 09 Fev 2022 19:44
- 605
"Sabah" klubunun avtobusu üçün yeni dizayn seçimi başa çatdırılıb.
Rekord.az xəbər verir ki, bunun üçün azarkeşlər arasında klubun "Facebook" və "Instagram" hesablarında səsvermə keçirilib.
Verilən səslərin cəminə əsasən B variantı qalib olub. Yeni dizaynda klubun loqosu ilə yanaşı, qələbə, müdriklik və ağıl rəmzi olan bayquş təsviri də əks etdirilib. Bildirilib ki, bayquş bəzi qədim mədəniyyətlərdə qələbə rəmzi hesab olunur.