"Kəpəz" daha bir futbolçunun transferini həll edib.
Rekord.az xəbər verir ki, gürcüstanlı hücumçu Mixeil Ergemlidze bundan sonra "sarı-göylər" şərəfini qoruyacaq.
Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sonuncu klubu "Sabah" olan 23 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.