Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən "Sabah" və "Şamaxı" bu gün yoxlama oyununda üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, "Bank Respbulika Arena"da keçirilən qarşılaşmada "Sabah" bölgə təmsilçisini 2:0 hesabı ilə məğlub edib.


"Sabah"ın qollarını 26-cı dəqiqədə Cesse Sekidika və 29-cu dəqiqədə Stefen Ende vurublar.


Bu, hər iki komandanın ilk yoxlama matçı olub. "Şamaxı" yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 millimizlə də qarşılaşacaq. "Sabah"ın isə hələlik digər rəqibi açıqlanmayıb.