“Sabah” qış çempionudur!
- 21:30
- 30
Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son oyun “Sumqayıt”la “Sabah” arasında baş tutub.
2025-ci ilin sonuncu oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Qarşılaşmanı Tural Qurbanov idarə edib. “Sabah” bu oyunda qalib gəlməklə qış çempionu olub.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Turan Tovuz”a (0:2), “Karvan-Yevlax” “Neftçi”yə (1:2), “Qəbələ” “Qarabağ”a (1:2) uduzub, “Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəlib – 2:0. “Zirə” – “İmişli” matçında isə qalib müəyyənləşməyib – 0:0.
Misli Premyer Liqası
16-cı tur
22 dekabr
“Sumqayıt” – “Sabah” 1:3
Qollar: Ronaldo Vaskes, 66 – Velko Simiç, 26; 50. Keffel Resende, 60-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsane Simon.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 19. Roi Kehat, 10. Nikola Ninkoviç, 11. Aleksa Yankoviç.
Məşqçi: Veliçko Kaplanoviç.
Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 88. Xəyal Əliyev,
21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 72. Rüstəm Samiqullin, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.