"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb.


Bu barədə Rekord.az-a Bakı klubunun mətbuat xidmətindən bildirlib.


27 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.


"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.


Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən "Sabah"da oynayırdı.