
"Sabah" hakim idarəçiliyi ilə bağlı AFFA-ya şikayət edəcək
- 14 Fev 2022 16:25
- 556
“Sabah” Azərbaycan kubokunun ¼ final mərhələsinin “Neftçi” ilə keçirilən cavab matçının hakimliyindən və oyun ərzində verilən digər qərarlardan narazıdır.
Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
Onun sözlərinə görə, klub AFFA-ya müraciət edəcək. Məktub həm İntizam Komitəsinə, həm də Hakimlər Komitəsinə ünvanlanacaq.
Belə ki, sözügedən qarşılaşmanın 74-cü dəqiqəsində "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev referi Rəvan Həmzəzadə tərəfindən meydandan uzaqlaşdırılıb.
Baş hakim ev sahiblərinin qapıçısı Səlahət Ağayevə də qırmızı vərəqə göstərib. O, etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.