"Mingəçevir" komandasını idarə heyətinin sədri Rövşən Əhmədov postundan istefa verib.

Rekord.az xəbər verir ki, onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Çünk Rövşən bəy futbola və Mingəçevirə çox bağlı insandır, "Mingəçevir"in yaranmasında onun da az əməyi olmayıb.

Qeyd edək ki, Əhmədov bundan sonra AFFA-dakı işinə davam edəcək və hakim-inspektor kimi oyunlara təyinat alacaq.